“Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazları liderlər sırasındadır

“Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazları liderlər sırasındadır
# 08 avqust 2017 09:24 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində Moskva yaxınlığındakı Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak edən Azərbaycanın hərbi aşpazları liderlər sırasına daxil olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ikinci mərhələnin yekun nəticələrinə görə Rusiya və Belarusdan sonra 3-cü yeri tutan Azərbaycan hərbi aşpazları 3-cü mərhələdə Belarus nümayəndələrini arxada qoyaraq 2-ci yerə yüksəliblər.

Milli mətbəximizi yüksək səviyyədə təqdim edən hərbi aşpazlarımızın yarışlardakı uğurlu iştirakı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR