Deputat: “Vətəndaşlarımızı bundan sonra da karantin rejiminin tələblərinə riayət etməyə dəvət edirəm”

Deputat: “Vətəndaşlarımızı bundan sonra da karantin rejiminin tələblərinə riayət etməyə dəvət edirəm”
# 11 iyun 2020 15:46 (UTC +04:00)

“Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması sahəsində əldə edilmiş uğurların əsasında dövlətin həyata keçirdiyi tədbirlərin zəruriliyinə cəmiyyətin inamı dayanır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov deyib.

O bildirib ki, Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında dövlət başçısının bu məqamı xüsusi vurğulaması da ölkədə dövlət və cəmiyyət arasında qarşılıqlı etimadın olduğunu bir daha təsdiqləyir: “Azərbaycanda pandemiyanın yayılmağa başladığı ilk anlardan bütün vacib qabaqlayıcı tədbirlər həyata keçirilib. Azərbaycan həm xəstələrin müalicə olunması, həm virusun yayılmasının qarşısının alınması, həm də kompleks qoruyucu tədbirlərin həyata keçirilməsi istiqamətində kifayət qədər qəti addımlar atdı. Bununla yanaşı, iqtisadiyyatda mümkün itkilərin minimuma endirilməsi, vətəndaşların sosial müdafiəsinin təmin olunması üçün dövlət resursları səfərbər olundu. Bütün bunlarla paralel olaraq, pandemiyaya qarşı qlobal mübarizəyə də Azərbaycan öz töhfələrini verib.”

Soltan Məmmədovun sözlərinə görə, Azərbaycanın koronavirusla mübarizədə əsas nailiyyətlərindən biri ondan ibarətdir ki, dövlət və sadə vətəndaşlar yaranmış situasiyanın məsuliyyətini bölüşür: "Son vaxtlar karantin rejiminin tələblərinə yüksək səviyyədə əməl olunması da məhz vətəndaşların baş verənlərə kifayət qədər məsuliyyətlə yanaşmasının göstəricisidir. Cənab Prezidentin də vurğuladığı kimi, biz məhz bu məsuliyyəti bölüşərək, birlik və həmrəylik nümayiş etdirərək, problemin həllinə nail ola bilərik. Bunun üçün Azərbaycanda bütün imkanlar mövcuddur. Dövlətimizin gücü və siyasi iradəsi, iqtisadi resursları, vətəndaşlarımızın yüksək məsuliyyət hissi ilə yanaşması optimist olmağa əsas verir. Bu, bizim uğurumuzu şərtləndirən əsas anillərdir. Mən bir daha vətəndaşlarımızı bundan sonra da diqqətli, məsuliyyətli olmağa, karantin rejiminin tələblərinə riayət etməyə dəvət edirəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR