Putin onu çar adlandıranlarla razılaşmır

Putin onu çar adlandıranlarla razılaşmır
# 19 mart 2020 11:08 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin onu çar adlandıranlarla razılaşmadığını bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, TASS agentliyinin “20 sual layihəsi”ndə Rusiya Prezidenti Vladimir Putin deyib ki, çar əmrlər verir, prezident isə hər gün işləyir.

“Bu, həqiqətə uyğun deyil. Mən hər gün çalışıram, çarlıq etmirəm. Çar isə oturub yuxarıdan baxır və deyir: “Əmr verəcəyəm, orada kimsə nəsə etsin. Özü isə ancaq güzgüyə baxıb papağını düzəldir”, - deyə V. Putin vurğulayıb.

O, bu qədər hakimiyyətdə qalacağını ağlına belə gəlmədiyini də etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR