Birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada verilməsi proseduru dəyişir

Birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada verilməsi proseduru dəyişir
# 16 mart 2020 12:35 (UTC +04:00)

Birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada verilməsi proseduru dəyişir.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Turizm haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

Dəyişikliyə əsasən, birdəfəlik və ya çoxdəfəlik vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycanın beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılacaq, imtina üçün əsas olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza veriləcək.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR