Elmar Məmmədyarovun polşalı həmkarı ilə telefon danışığı olub

Elmar Məmmədyarovun polşalı həmkarı ilə telefon danışığı olub
# 06 may 2020 17:26 (UTC +04:00)

Bu gün Xarici işlər naziri Elmar Məmmədyarovun Polşa Xarici İşlər naziri Yatsek Çaputoviçlə telefon söhbəti olub.

XİN-in Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, tərəflər qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən təbirlər üzrə məlumat mübadiləsi aparıb və bu xüsusda beynəlxalq həmrəyliyin əhəmiyyətini qeyd ediblər.

Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında bu ilin 4 may tarixində keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında koronavirusla mübarizəyə həsr olunmuş video-konfrans şəklində Zirvə görüşü və onun nəticələri barədə həmkarına məlumat verib.

Nazirlər ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar, iki ölkə arasındakı siyasi münasibətlərin hazırkı yüksək səviyyəsini məmnunluqla qeyd ediblər.

Telefon söhbəti zamanı, həmçinin Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn Zirvə görüşü, eləcə də Vışeqrad Qrupu ilə Şərq Tərəfdaşlığı arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazirlər habelə beynəlxalq təşkilatlar, xüsusilə də BMT çərçivəsində əməkdaşlıq məsələlərindən bəhs ediblər.

Təmasların gələcəkdə davam etdirilməsi razılaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR