Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı (İƏT Pİ) nümayəndə heyətinin tərkibi məlum olub.
APA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibinə Mili Məclisin sədrinin müavini Fəzail İbrahimli, millət vəkilləri – Ceyhun Məmmədov, Sabir Rüstəmxanlı, Cavanşir Paşazadə, Tahir Kərimli daxildir.
Nümayəndə heyətinin rəhbəri Fəzail İbrahimli, müavini isə Ceyhun Məmmədovdur.