Hikmət Hacızadə: ”ÜST Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib”

Hikmət Hacızadə: ”ÜST Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib”
# 13 may 2020 17:39 (UTC +04:00)

“Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında çox səmərəli əməkdaşlıq qurulub”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, mart ayının əvvəlində ÜST-ün ekspert qrupu Azərbaycanda olub, Azərbaycanın gördüyü işlər yüksək qiymətləndirilib: “Azərbaycan ÜST-ün tövsiyələrini nəzərə alır. 11 may tarixində isə ÜST-ün Baş Direktoru Azərbaycanın gördüyü tədbirləri çox yüksək qiymətləndirib”.

H. Hacıyev qeyd edib ki, Azərbaycan ÜST ilə təmaslarını davam etdirəcək: “ÜST-ün Avropa regional bürosu və Bakıdakı nümayəndəliyi ilə sıx təmas davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR