Təhsil Nazirliyi daimiləşmə ilə bağlı onlayn müsahibələrdə iştirak etməyənlərə müraciət edib

Təhsil Nazirliyi daimiləşmə ilə bağlı onlayn müsahibələrdə iştirak etməyənlərə müraciət edib
# 18 may 2020 15:37 (UTC +04:00)

Müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələrdə iştirakını təsdiq etməyən namizədlər üçün yenidən şans yaradılır.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, həmin namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq 19 may saat 18:00-dək müsahibədə iştirakını təsdiq edə bilər.

Qeyd edək ki, mayın 20-də dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələr yekunlaşacaq. On gündür davam edən müsahibələrdə 1000-ə yaxın namizəd iştirak edib.

Mayın 4-dən start verilən müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edib. Mayın 7-dən etibarən isə digər şəhər və rayonlar üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlər onlayn müsahibələrə qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR