"Azercell" yeni "iPhone SE" modellərinə yeni kampaniya keçirir

"Azercell" yeni "iPhone SE" modellərinə yeni kampaniya keçirir
# 16 may 2020 11:56 (UTC +04:00)

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” “Apple” brendinin pərəstişkarlarına yeni sərfəli kampaniya təklif edir. Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, kampaniya çərçivəsində “Azercell Eksklüziv” mağazalarından yeni dizayna, güclü prosessor və kameraya malik “iPhone SE” smartfonunu əldə edən abunəçilər 6 ay ərzində hədiyyə olaraq hər ay 50 GB internet də əldə edəcəklər.

“Azercell”in bu təklifi həm yeni, həm də mövcud fakturalı və fakturasız xətt abunəçiləri üçün keçərlidir.

“Apple” şirkətinin Azərbaycandakı yeganə rəsmi telekom tərəfdaşı “Azercell” abunəçilərinə “iPhone SE” smartfonlarını əldə edərkən ən qabaqcıl texnologiyaların imkanlarından yararlanmaq fürsətini təqdim edir. Abunəçilər “Azercell Eksklüziv” mağazalarına müraciət edərək yeni “iPhone SE” modellərini müxtəlif rəngi və yaddaş ölçülərinə görə seçin və internetdən istifadə üçün möhtəşəm bonus əldə edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR