Fransa səfirliyi Azərbaycan Ali Məhkəməsinin qərarını müsbət qiymətləndirib.
APA-nın xəbərinə görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
"Fransa Azərbaycanda müxalif siyasətçi İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun aprel ayının 23-də bəraət almalarını alqışlayır. Bu, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını nəzərə alan beynəlxalq ictimaiyyət tərəfindən gözlənilən müsbət inkişafdır, - deyə Fransa səfirliyinin yaydığı açıqlamada bildirilib.
Açıqlamada o da qeyd olunur ki, Fransa Azərbaycan hökumətini beynəlxalq öhdəliklərə, xüsusilə də mətbuat azadlığı və məhkəmə müstəqilliyinə riayət etməyi davam etməyə çağırır.