Aerovağzal kompleksində prosedurlar açıqlanıb.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da əksini tapıb.
Qaydalara əsasən, məsafənin təmin edilməsi məqsədilə bütün aşağıda göstərilən növbəgözləmə mərhələlərində və sərnişinlərin potensial toplaşma yerlərində xüsusi döşəmə stikerləri/məsafə işarələri ilə nişanlanır:
- aerovağzal kompleksinə girişdə;
- aviasiya təhlükəsizliyi üzrə baxış məntəqələrində;
- sərnişinlərin qeydiyyatı zonasında;
- sərhəd nəzarəti zonasında;
- baqajın təhvil alınması zonasında.
Qeyd olunub ki, məsafənin təmin edilməsi, tibbi maskalardan istifadə, əllərin dezinfeksiyası qaydaları, COVID-19 əlamətləri və profilaktik tədbirlər barədə sərnişinlərin məlumatlandırılması məqsədilə məlumat göstəriciləri, monitorlar və posterlərdən istifadə olunur.
- Hava limanında xəstəliyə şübhəli şəxs aşkarlandığı təqdirdə:
- Gəldiyi reyslərdə:
- təhlükəsizlik tədbirləri görülməklə şəxs tibb məntəqəsinə aparılır;
- tibb məntəqəsi 103 Təcili Təxirəsalınmaz Tibbi Yardım (bundan sonra – 103 TTTY) xidmətinə məlumat verir;
- tibb məntəqəsi xəstəlik halını qiymətləndirdikdən sonra, “COVID-19 şübhəli hal barədə məlumat forması” ilə birlikdə xəstəni 103 TTTY əməkdaşlarına təhvil verir;
- şəxsin gəldiyi hava yolu şirkəti ilə əlaqə yaradılır, iki ön, iki arxa və iki yan oturacaqlardakı şəxslərin məlumatları götürülür və TƏBİB-ə bildirilir;
- COVID-19 şübhəli xəstə, 103 TTTY xidməti vasitəsilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən müəyyən edilmiş xəstəxanaya daşınır.
xəstəliyə şübhəli şəxs növbəti reysə minik icra edilənədək, tibbi personalın müşahidəsi altında xüsusi ayrılmış otağa yerləşdirilir;
şəxsin gəldiyi hava yolu şirkəti ilə əlaqə yaradılır, iki ön, iki arxa və iki yan oturacaqlardakı şəxslərin məlumatları götürülür və TƏBİB-ə bildirilir;
- aviadaşıyıcı belə sərnişin haqqında müvafiq qaydada məlumatlandırılır;
- aviadaşıyıcı tərəfindən icazə verildikdə sərnişin uçuşa buraxılır;
- xüsusi müşahidə altında digər sərnişinlərlə məsafəni təmin etmək şərtilə təyyarəyə keçirilir;
- belə icazə verilmədikdə sərnişin şəxsi və ya gəlmə uçuşunu icra etmiş aviadaşıyıcı hesabına karantinə və ya müalicəyə alınır.