DİM: 2007-ci ildə I sinfə daxil olan şagirdlərin 8.1 faizi ümumi orta təhsil almayıb

DİM: 2007-ci ildə I sinfə daxil olan şagirdlərin 8.1 faizi ümumi orta təhsil almayıb
# 21 iyun 2019 14:03 (UTC +04:00)

"2018-ci ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələrini bitirən şagirdlərin təhsilə davamiyyətinin vəziyyəti, bilik səviyyəsi və bütövlükdə bu sahədə gedən dəyişikliklərin dinamikası müqayisəli şəkildə təhlil edilib".

APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində bildirilib ki, 2018-ci ildə 11-ci sinfi bitirən şagirdlər 2007-ci ildə 1-ci sinfə daxil olublar.

Qeyd olunub ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2007-ci ildə 1-ci sinfə daxil olan şagirdlərin sayı 118290 nəfər olub: “2016-cı ildə 9-cu sinfi bitirən şagirdlərin sayı 108734 nəfər idi. Həmin ildə 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı isə faktiki olaraq 104729 nəfər olub və 4005 şagird buraxılış imtahanında bu və ya digər səbəbdən iştirak etməyib. Göründüyü kimi, 2007-ci ildə 1-ci sinfə daxil olan 118290 şagirdin təxminən 8.1 faizi ümumi orta təhsil almayıb və onların təhsili haqqında heç bir məlumat yoxdur. Qeyd olunduğu kimi, 2016-cı ildə ölkədə 9-cu sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı 104729 nəfər olub və bu şagirdlərin təxminən 16 faizi təhsilini davam etdirməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR