Rusiya "Avroviziya"ya alternativ müsabiqənin keçirilməsini təklif edib

Rusiya "Avroviziya"ya alternativ müsabiqənin keçirilməsini təklif edib
# 17 noyabr 2023 13:32 (UTC +04:00)

Rusiya öz "Avroviziya" estrada mahnı müsabiqəsini keçirməyi təklif edib. Müsabiqə "İntervision" adlanacaq.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda çıxış edən Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova bildirib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti “çoxqütblü dünyada mədəniyyətlərin müxtəlifliyini təbliğ etmək üçün” musiqi yarışmasından əlavə Avrasiya kinofestivalının və kino mükafatının yaradılmasını da təklif edir.

Birinci Kanalın baş direktoru Konstantin Ernst isə bildirib ki, “İntervision” müsabiqəsinin 2024-cü ildə keçirilməsi təklif olunur.

“İntervision” mahnı müsabiqəsi 1970-1980-ci illərdə sosialist bloku ölkələrində, birinci Polşada baş tutub.

Qeyd edək ki 2008-ci ildə "Krasnıy Kvadrat" media qrupu və Birinci Kanal Soçidə keçmiş SSRİ-nin 11 ölkəsindən ifaçıların iştirak etdiyi "İntervision" uşaq müsabiqəsini təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR