Dağıstanda iki silahlı öldürülüb

Dağıstanda iki silahlı öldürülüb
# 10 oktyabr 2015 09:15 (UTC +04:00)

Bakı - APA. Dağıstanın Qimrı kəndində keçirilən antiterror əməliyyatı zamanı iki silahlı öldürülüb.

APA-nın "İnterfax"a istinadən verdiyi xəbərə görə, silahlılar hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərərkən öldürülüb.

Agentlik xəbər verir ki, əməliyyat zamanı bir hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR