Beynəlxalq Şahmat Federasiyası Karlseni əsrin ən yaxşı qrossmeysteri elan edib

Beynəlxalq Şahmat Federasiyası Karlseni əsrin ən yaxşı qrossmeysteri elan edib
# 20 sentyabr 2024 02:11 (UTC +04:00)

Beynəlxalq Şahmat Federasiyası (FIDE) norveçli Maqnus Karlseni əsrin ən yaxşı qrossmeysteri kimi tanıyıb.

APA xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

1924-cü ildə Parisdə yaradılmış Beynəlxalq Şahmat Federasiyasının 100 illik yubileyi münasibətilə federasiya qala-ziyafəti təşkil edib.

Qeyd edək ki, dünya titulu uğrunda görüşlər 1886-cı ildən keçirilir.

Karlsenin 33 yaşı var. O Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlinin lideridir, 2013-cü ildə klassik şahmat üzrə dünya çempionu olub və bu titulu dörd dəfə qoruyub.

2022-ci ildə o, ardıcıl olaraq ikinci dəfə rusiyalı Yan Nepomnyaşşi ilə qarşılaşmalı olduğu dünya şahmat tacı uğrunda görüşdən imtina edib və dünya çempionu titulundan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR