Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Respublika Şahmat Mərkəzində təşkil olunan yarışda 31 dövlət qurumundan 62 nəfər iştirak edərək mübarizə aparıb.
Yarışda iştirak edən FHN-in əməkdaşı yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, qadınlar arasında keçirilən yarışda FHN-in İdman-sağlamlıq klubunun şahmat üzrə məşqçi müəllimi Aynur Abbasova 7 turun nəticəsinə əsasən yarışı ikinci yerdə tamamlayaraq gümüş medala layiq görülüb.
Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medalla təltif olunublar.