Şahmat üzrə təmsilçimiz lider mövqeyində qərarlaşıb

Şahmat üzrə təmsilçimiz lider mövqeyində qərarlaşıb
# 20 aprel 2025 10:51 (UTC +04:00)

Almaniyada keçirilən şahmat üzrə "Grenke Chess Festival"ında V tur geridə qalıb.

Apasport.az xəbər verir ki, Azərbaycanlı qrossmeyster Rauf Məmmədov 4 xalla 12-ci pillədə qərarlaşıb.

Ölkəmizin digər təmsilçiləri Şəhriyar Məmmədyarov 3-cü, Faiq Əsgərov isə 4-cü turdan sonra yarışdakı çıxışlarını başa vurublar. "Grenke Chess Festival"ına maksimum nəticə ilə dünyanın 1 nömrəli şahmatçısı Maqnus Karlsen başçılıq edir.

"Grenke Chess Open" turnirində çıxış edən Məhəmməd Muradlı uğurlu çıxışı ilə fərqlənir. O, keçirdiyi bütün partiyaları qələbə ilə başa vuraraq, 1-ci pillədə qərarlaşıb. Son iki turda cəmi yarımxal toplayan Eltac Səfərli liderlər qrupundan uzaq düşüb. Təmsilçimiz 124-cüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR