Azərbaycanda övladlığa götürülən uşaqlarla bağlı monitorinq sistemi yaradılacaq

Azərbaycanda övladlığa götürülən uşaqlarla bağlı monitorinq sistemi yaradılacaq
# 03 iyul 2019 09:42 (UTC +04:00)

“Övladlığa götürülən uşaqlar üzərində nəzarət həyata keçiriləcək”.

Bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov bildirib.

Onun sözlərinə görə, yeni qanunvericilikdə övladlığa götürmə prosesində əsas yükü sosial işçilər daşıyacaqlar: “Həmin sosial işçilər DOST mərkəzlərində fəaliyyət göstərəcəklər. Onlar övladlığa götürmə prosesinin özündə və prosesdən sonra valideynlər, eyni zamanda övladlığa götürülən uşaqların həyat şəraitinin yoxlanması üzrə monitorinq həyata keçirəcəklər. Bu monitorinqlər övladlığa götürülən uşağın 18 yaşına qədər davam edəcək. Birinci il monitorinqlər rüblük olacaq, sonra isə illik monitorinq aparılacaq. Artıq monitorinqlərin hansı formada aparılması və digər şərtlərlə bağlı layihə hazırlanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR