Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 10% artıb

Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 10% artıb
# 12 mart 2020 11:00 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 148,1 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10%-dək artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,8%-ni təşkil edib.

Komitədən həmçinin bildirilib ki, bu ilin ilk iki ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 371,7 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 71,6%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 21,1% artıb. Bu sahədə əldə olunan gəlirin 78,9%-i qeyri-dövlət sektorunun payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR