Bakıda avtomobillə vurulan qadın 13 gün sonra ölüb.
APA-nın məlumatına görə, fevralın 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Oba" marketinin qarşısında şəhər sakini, 1977-ci il təvəllüdlü Zaur Rəhmanovanın idarə etdiyi "Reno Loqan" markalı avtomobillə yolu keçmək istəyən, 1985-ci il təvəllüdlü Heyran Mahmudovanı vurub.
3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilən 35 yaşlı qadın martın 9-da orada ölüb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.