İspaniya futbolunda daha bir neçə koronavirus infeksiyası halı üzə çıxıb.
Apasport.az saytının məlumatına görə, La Liqanın 3 klubunda bu xəstəliyə yoluxma aşkarlanıb.
Elitanın 3 klubunun hərəsinin 1 futbolçusunun testi müsbət nəticə verildiyi açıqlansa da, həmin oyunçuların adları gizli saxlanılıb. Həmçinin Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun da çıxış etdiyi Sequndada da 2 oyunçuda bu xəstəlik tapılıb. Testləri müsbət nəticələnən futbolçular karantinə alınıblar.
La Liqa rəhbərliyi ümumilikdə 25-30 oyunçuda virusun aşkarlanması riskinin böyük olduğunu açıqlayıb.
Qeyd edək ki, İspaniyada bütün klublar futbolçuları testdən keçirib. La Liqa təmsilçiləri bu gündən məşqlərə başlayıblar.