Bakıda karantin rejimini pozan kafe aşkarlanıb, 4 nəfər cərimələnib

Bakıda karantin rejimini pozan kafe aşkarlanıb, 4 nəfər cərimələnib
# 09 iyun 2020 09:34 (UTC +04:00)

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

APA-nın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti və 40-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 8-də 28 May qəsəbəsində kafenin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 4 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı M.Ələkbərova 200 manat, digərləri 100 manat cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR