Göygöldə 44 yaşlı kişi narkotikin təsirindən ölüb

Göygöldə 44 yaşlı kişi narkotikin təsirindən ölüb
# 17 may 2020 13:17 (UTC +04:00)

Göygöl sakini yüksək dozada narkotikin təsirindən ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, 1976-cı il təvəllüdlü rayon sakini Abdulayev Rizvan Firuddin oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, R.Abdulayev yüksək dozada narkotikin təsirindən ölüb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR