Bu ilin ilk yarım ilində Naxçıvan Muxtar Respublikasında sahibkarlara 10 mln. 14 min 900 manat kreditlər verilib.
Naxçıvan Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 8 mln. 200 min 900 manat və ya 5,52 dəfə çoxdur.
Bu kreditlərdən 5 mln. 736 min 400 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya
genişləndirilməsinə, 4 mln. 278 min 500 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 9 hüquqi və 1135 fiziki şəxs qeydiyyata alınıb.