Ukraynada daha 550 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər ölüb.
APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukraynada koronavirusa ümumi yoluxanların sayı 11411-ə, ölənlərin sayı isə 279-a çatıb.
Virusa yoluxanlardan 1449 nəfəri sağalıb.