Bəşər Əsəd koronavirusla əlaqədar parlament seçkilərinin təxirə salınması ilə bağlı fərman imzalayıb

Bəşər Əsəd koronavirusla əlaqədar parlament seçkilərinin təxirə salınması ilə bağlı fərman imzalayıb
# 14 mart 2020 23:10 (UTC +04:00)

Suriya prezidenti Bəşər Əsəd ölkədə aprelin 13-ə təyin edilmiş parlament seçkilərinin mayın 20-dək təxirə salınması ilə bağlı fərman imzalayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Suriya liderinin katibliyi məlumat yayıb.

Sərəncamda qeyd edilir ki, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Suriya prezidenti parlament seçkilərinin aprelin 13-dən mayın 20-dək təxirə salınması haqqında fərman imzalayıb.

Qeyd edək ki, Suriya hökuməti əhalinin koronavirusa yoluxmasının qarşısını almaq məqsədilə martın 14-dən aprelin 2-nə qədər təhsil müəssisələrində dərslərin dayandırıldığını elan edib.

“SANA”nın məlumatına görə, hökumət dövlət qurumlarını yerli vaxtla 09:00-dan 14:00-a qədər azaldılmış iş qrafikinə keçirmək qərarına gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR