Direktorların işə qəbulu üzrə vakant yerlərin sayı açıqlanıb

Direktorların işə qəbulu üzrə vakant yerlərin sayı açıqlanıb
# 30 iyul 2019 16:06 (UTC +04:00)

Direktorların işə qəbulu üzrə müsabiqəyə çıxarılan vakant yerlərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, direktorların işə qəbulu üzrə müsabiqəyə 472 vakant yer çıxarılıb.

Qeyd edək ki, avqustun 2-də dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. İmtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR