2023-cü ildə keçiriləcək Universiadanın ev sahibi dəqiqləşib

2023-cü ildə keçiriləcək Universiadanın ev sahibi dəqiqləşib
# 02 iyul 2019 13:14 (UTC +04:00)

2023-cü ildə keçiriləcək Ümumdünya Yay Universiadasına ev sahibliyi edəcək şəhər dəqiqləşib.

APA-nın məlumatına görə, bu barədə qərar Beynəlxalq Universitet İdmanı Federasiyasının (FİSU) İcraiyyə Komitəsində verilib.

Yığıncaq üzvləri yarışın Rusiyanın Yekaterinburq şəhərində keçirilməsinə qərar veriblər. Universiada 10 ildən sonra yenidən bu ölkədə baş tutacaq. 2013-cü ildə yarışa Kazan ev sahibliyi edib.

Qeyd edək ki, Ümumdünya Universiada iki ildən bir təşkil olunur. Bu il yarışı Neapol (İtaliya), 2021-ci ildə Çendu (Çin) qəbul edəcək.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR