"Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın rəsmi “Twitter” hesabına qoyulan məhdudiyyət aradan qaldırılıb

"Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın rəsmi “Twitter” hesabına qoyulan məhdudiyyət aradan qaldırılıb
# 14 may 2019 09:37 (UTC +04:00)

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi Twitter hesabının üzərinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

ONA-nın xəbərinə görə, bu barədə İcma sədri Tural Gəncəliyev özünün “Facebook”dakı səhifəsində məlumat verib: “Gələcəkdə İcmaya qarşı bu kimi halların davam edəcəyini, saxta iddia və şikayətlərin ola biləcəyini ehtimal edərək, İcmanın rəsmi hesabının bir daha bağlanmaması üçün səhifəni dəstəkləməyə və paylaşmağa çağırıram”.

Qeyd edək ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi “Twitter” hesabı ermənilərin çoxsaylı şikayəti nəticəsində “Twitter” administrasiyası tərəfindən mayın 8-də bloklanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR