Dəftərxana xərcləri hakimlərin bank hesabına köçürüləcək

Dəftərxana xərcləri hakimlərin bank hesabına köçürüləcək
# 25 iyul 2019 17:52 (UTC +04:00)

Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satınalınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait birbaşa hakimlərin bank hesabına köçürüləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi haqqında sərəncam imzaladığı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR