Vətəndaşlar ölkənin müxtəlif guşələrindən Prezident İlham Əliyevə məktublar göndərməyə davam edir.
APA məktublardan bir neçəsini təqdim edir:
“Hörmətli cənab Prezident.
Xalqımızın bu çətin və ağır günlərində Sizin hər addımınız və gördüyünüz tədbirlər təqdirəlayiqdir. Sizin göstərişinizlə aztəminatlı ailələrə yardımın verilməsi çox humanist bir qərardır.
Mən yaşlı bir vətəndaş kimi özümə borc bildim ki, yaşadığım kəndin sakinləri adından Sizə və ailənizə təşəkkürümü çatdırım. Mən və ailəm hər gün namazda Sizə dua edirik. Allah Sizə hər zaman cansağlığı qismət etsin, bəla görməyəsiniz.
Cənab Prezident, Ulu Tanrı bütün işlərinizdə Sizə yardımçı olsun. Sizin hər bir uğurlu işinizə ürəkdən sevinirik.
Hörmətlə,
Haxverdiyev Əlifağa Qafar oğlu, şəhid atası.
Azərbaycan Respublikası, Biləsuvar rayonu, Ağayrı kəndi”.
“Hörmətli cənab Prezident.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyir və alqışlayıram. COVID-19 infeksiyasının qlobal miqyasda yayıldığı şəraitdə Sizin rəhbərliyinizlə həyata keçirilən effektiv dövlət proqramları sayəsində ölkəmiz bu virusdan daha az zərər görən dövlətlər sırasındadır. Sizin humanizm prinsiplərinə əsaslanan sosial siyasətiniz nəticəsində vətəndaşların pandemiya dövründə sağlamlığının və sosial rifahının qorunması yüksək səviyyədə təmin edilməkdədir. Aztəminatli ailələrin müavinətlərinin artırılması, işsizlər üçün əlavə müavinətlərin təyin edilməsi, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanılması istiqamətində qəbul etdiyiniz qərarlar, xaricdə olan soydaşlarımızın respublikamıza gətirilməsinin yüksək səviyyədə təşkili xalqımız tərəfindən rəğbətlə qarşılanır.
Möhtərəm cənab Prezident, bu çətin günlərdə xalqa dəstək olduğunuza, xalqımızın firavanlığı yolunda yorulmadan çalışdığınıza görə Sizə və ən yaxın silahdaşınız Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm.
Əziz Prezidentim, mən Türkiyənin İstanbul universitetində hüquq təhsili alan gənc azərbaycanlı olaraq Sizinlə qürur duyuram. Uca Tanrı Sizi və Azərbaycanımızı qorusun. Biz birlikdə güclüyük. Biz Sizinlə güclüyük.
Hörmətlə,
Rəcəbova Firuzə.
Türkiyə Cümhuriyyəti, İstanbul şəhəri”.
“Hörmətli cənab Prezident.
Bütün dünyanın koronavirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda Sizin qabaqlayıcı tədbirləriniz xalqımızı bu xəstəlikdən qorudu. Hamımız gördük ki, Siz gecə və gündüz yorulmadan çalışdınız, bütün gücləri səfərbər etdiniz, “Biz birlikdə güclüyük!” çağırışı etdiniz. Bu tədbirlər sayəsində ölkəmizdə koronavirusdan itkilər o qədər də çox olmadı.
Cənab Prezident, Siz həmişə Azərbaycan xalqının yanında olmuşunuz, onun sosial və maddi vəziyyətinin yaxşılaşdırılması üçün hər cür şərait yaratmışınız. Bu dəfə də Sizin uzaqgörən siyasətiniz sayəsində bu bəladan alnıaçıq çıxacağıq.
Biz - məcburi köçkünlər həmişə Sizin yanınızdayıq və bizim üçün yaradılan şəraitə görə Sizə minnətdarıq. Pandemiya vaxtında görülən bütün işlərə görə Sizə və Mehriban xanıma təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Həsənov Bəxtiyar İxtiyar oğlu, Zəngilan rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Şirvan şəhəri”.
“Möhtərəm cənab Prezident.
Mən bu məktubu Sizə yazmaq üçün çox fikirləşdim. Hansı sözlərdən istifadə edəcəyim, cümlələrimi necə quracağım haqqında çox düşündüm. Amma sonda anladım ki, mənim Sizə olan minnətdarlığımı heç bir söz, heç cümlə tam izah edə bilməz. Bu dəqiqə dünyanın bütün ölkələri COVID-19 pandemiyası ilə mübarizə aparır. Sizin sayənizdə Azərbaycan bu mübarizə kitabının səhifələrində adını qızıl hərflərlə yazacaq. Vaxtında verdiyiniz qərarlar nəticəsində indi Azərbaycan xalqının üzündən təbəssüm əskik olmur. Siz bu çətin dövrdə hər bir vətəndaşa ayrı-ayrılıqda diqqət göstərdiniz. Çox sağ olun. Allah Sizin kölgənizi başımızın üzərindən əskik etməsin.
Hörmətlə,
Həşimova Ləman, 7-ci sinif şagirdi.
Azərbaycan Respublikası, Cəbrayıl rayonu”.
“Möhtərəm cənab Prezident.
Mən bu məktubumla Sizə sonsuz minnətdarlığımı bildirirəm. Siz bu gözəl, bol nemətli, bizə atalarımızdan yadigar qalan torpaqları qoruyur, onun inkişafı üçün çox çalışırsınız. Əfsus ki, 2020-ci ildə Yer üzünə bir bəla gəldi: COVID-19. Getdikcə bu virus bütün dünyaya yayılır, təəssüf ki, artıq Azərbaycanda da mövcuddur. Lakin Sizin tədbirləriniz nəticəsində COVID-19-un yayılması digər ölkələrə nisbətən Azərbaycanda azdır. Tətbiq olunan karantin rejimində evdə qaldığımız müddətdə “virtual məktəb” layihəsini həyata keçirərək bizi təhsildən geri qoymursunuz. Xəstələrimizin qayğısına qalır, onlar üçün əlinizdən gələn köməyi əsirgəmirsiniz. COVID-19-la mübarizə müddətində imkansızları maddi yardımla təmin edir, onları qoruyursunuz. Biz Sizin köməyinizlə virusa qalib gələcəyik.
Hörmətlə,
Əlizadə Fərəh Elman qızı, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 5-ci sinif şagirdi.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri”.
“Hörmətli cənab Prezident.
Mən böyük qürur hissi duyur və çox sevinirəm ki, Siz bütün Azərbaycanı koronavirus bəlasından az itkilərlə qurtarmaqdasınız. Karantin dövründə ölkə üzrə ehtiyacı olanlara, qocalara dövlət tərəfindən ərzaq və maddi yardımların verilməsi humanist addım olaraq əhali tərəfindən alqışlandı.
Allah Sizi, dövlətimizi, xalqımızı bu böyük bəladan qorusun. Sizə səmimi təşəkkürümü bildirirəm.
Cənab Prezident, biz Sizinləyik və hər zaman Sizinlə olacağıq.
Hörmətlə,
İsmayılov Afil Qəzənfər oğlu, Laçın rayonundan məcbur köçkün.
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi”.
“Hörmətli cənab Prezident.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizi və Mehriban xanımı səmimi qəlbdən təbrik edirəm. Qoy, bu müqəddəs bayramın gəlişi ilə bütün bəlalar, eləcə də koronavirus xəstəliyi yurdumuzdan uzaq olsun, ölkəmizə ruzi-bərəkət, yeni parlaq dövr ayaq açsın. Ramazan bayramı Sizin ailəniz başda olmaqla bütün ailələrə sevinc və xoşbəxtlik gətirsin.
Möhtərəm Prezident, mən Rusiya vətəndaşıyam. Bir müddətdir ki, Bakıdayam. Rusiyada yaşayan bütün azərbaycanlılar adından Sizə təşəkkür edirəm. Sizin koronavirusla bağlı gördüyünüz tədbirlər təqdirəlayiqdir. Biz bir daha gördük ki, xalqımızın sağlamlığı, firavan yaşayışı Sizin üçün hər şeydən qiymətlidir. Nə yaxşı ki, varsınız.
Səmimi hörmətlə,
Xəlilova Validə Həmid qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi”.
“Hörmətli cənab Prezident.
Sizin düşünülmüş siyasətiniz sayəsində Azərbaycan inamla öz gələcəyini qurur, müstəqilliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində böyük uğurlar qazanır.
Bu gün Azərbaycan öz sabitliyini və inkişafını təmin edən ölkədir. Bu sabitlik, bu inkişaf koronavirus pandemiyasının öhdəsindən gəlməyə də kömək etdi.
Cənab Prezident, mənim 89 yaşım, 7 nəvəm və 7 nəticəm var. Yorulmaz fəaliyyətinizə görə böyük ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. İnşallah, Sizinlə Qarabağda da zəfər yürüşü keçirəcəyik.
Hörmətlə,
Cabarov Hacıxıdır Mirzəbala oğlu.
Azərbaycan Respublikası, Xızı rayonu, Giləzi qəsəbəsi”.
“Cənab Prezident.
Sizin rəhbərliyinizlə koronavirus pandemiyasına qarşı aparılan mübarizə sahəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrini geridə qoydu. Məhz buna görə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycanın bu mübarizədə nümunəvi ölkə olduğunu bildirərək, Sizə iki dəfə təşəkkür məktubu ünvanladı və bir sıra ölkələrə məhz respublikamızın bu sahədəki təcrübəsindən yararlanmağı tövsiyə etdi.
Cənab Prezident, gərgin fəaliyyətiniz nəticəsində qazanılan uğurlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Biz Sizin rəhbərliyinizlə hər zaman güclüyük.
Hörmətlə,
Bayramov Səxavət Sənan oğlu.
Azərbaycan Respublikası, Lerik rayonu, Siyov kəndi”.
“Cənab Prezident.
Mənim 78 yaşım var, təqaüdçüyəm. İki oğlum zabitdir, digər bir oğlum isə Aprel döyüşlərinin iştirakçısıdır.
Siz vətəndaşlara həmişə diqqət və qayğı ilə yanaşmısınız. Hazırda bütün dünyada COVID-19 virusu can almaqda davam edir. Siz virusun Azərbaycanda yayılmasının qarşısını almaq üçün ciddi qabaqlayıcı tədbirlər gördünüz. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Siz bu çətin günlərdə əhalinin bütün təbəqələrindən olan insanların sosial vəziyyətini nəzərə alıb onlara qayğı göstərdiniz. Yaşlı insanlara daha çox yardımlar edilir. Onların tibbi və ərzaq ehtiyacları təmin olunur. Hətta işsiz insanlarda diqqətdən kənarda qalmadı. Onlar üçün birdəfəlik vəsait ayrıldı.
Sizin müdrikliyiniz, humanistliyiniz qarşısında baş əyirik. Siz hər bir vətəndaşın yanındasınız. Biz Sizinlə fəxr edirik. Allah Sizə uzun ömür versin.
Hörmətlə,
Fərəcov Sərdar Xəlil oğlu.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Havzava kəndi”.
“Hörmətli cənab Prezident.
Dünyanı bürümüş COVID-19 infeksiyasının Azərbaycanda pandemiya halına çevrilməsinin qarşısının alınmasında apardığınız məqsədyönlü siyasətə və həyata keçirdiyiniz qətiyyətli tədbirlərə görə Sizə təşəkkürümüzü bildiririk. 2020-ci ildə bəşəriyyət, o cümlədən də doğma Vətənimiz pandemiya təhlükəsi ilə qarşılaşdı. Dünyanı bürümüş siyasi və iqtisadi çətinliklərə baxmayaraq, məhz Sizin apardığınız müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycanda pandemiyanın yayılmasının qarşısı alındı. Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanaraq inanırıq ki, ölkəmiz bu çətin vəziyyətdən də şərəflə çıxacaq. Ölkəmiz üçün mürəkkəb dövrdə Siz öz əzmkar fəaliyyətinizlə Azərbaycan xalqının yanında olduğunuzu, daim hər bir vətəndaşı düşündüyünüzü və onun qayğısına qaldığınızı bir daha sübut etdiniz. Sizin tükənməz səyləriniz sayəsində minlərlə həmvətənimizin həyatı bu bəladan xilas olundu. Ölkəmizin keçdiyi bu çox mürəkkəb dövrdə xalqımıza göstərdiyiniz qayğı və diqqət, insanların sosial təminatının yaxşılaşdırılması ilə bağlı imzaladığınız sərəncamlar dövlət-vətəndaş birliyinin əsl təzahürüdür.
Cənab Prezident, dünyanın bəlasına çevrilən COVID-19 ilə mübarizədə xalqın yanında olmağınızı bütün Azərbaycan xalqı kimi bizim kollektivimiz də minnətdarlıqla qəbul edir və bu çətin, gərgin işlərinizdə Sizə yeni uğurlar arzu edirik.
Hörmətlə,
Allahverdiyev Taleh.
Azərbaycan Respublikası, Tovuz rayonu, Qovlar şəhəri”.
“Möhtərəm cənab Prezident.
Biz - masallılılar həmişə Sizi dəstəkləyirik. Çünki Siz ən ağır günlərdə xalqla olub, həmişə vətəndaşlara dəstək göstərmisiniz. Koronavirus pandemiyasının dünyanı ağuşuna aldığı bir vaxtda Siz yenə də bizimləsiniz. İnsanların sağlamlığını qorumaq üçün ölkəmizdə xüsusi karantin rejimi tətbiq etdiniz. Biz yaxşı başa düşürük ki, sağlam qalmaq və normal həyatımıza dönmək üçün özümüzü müvəqqəti olaraq təcrid etməli və evdə qalmalıyıq.
Cənab Prezident, bu çətin dönəmdə əhalinin həssas qrupuna aid olan insanlara göstərdiyiniz dəstəyə görə Sizə minnətdarıq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.
Hörmətlə,
Nuriyev Samit Şahlar kəndi.
Azərbaycan Respublikası, Masallı rayonu”.
“Hörmətli cənab Prezident.
Xalqımız əsl imtahan qarşısında olsa da, Sizin sayənizdə bu imtahandan yaxşı nəticələr əldə edir. Ən güclü ölkələri belə sarsıtmış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, itkilərin az olması və yoluxanların sağalma statistikası hamımızı sevindirir, yəni daha da pis nəticələr ola bilərdi. Baş verənlər göstərir ki, bütün bunlara Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər, hazırda bu sahədə aparılan profilaktik işlər, səhiyyəmizin qısa zamanda bu bəlaya qarşı hazır vəziyyətə gətirilməsi nəticəsində nail olunmuşdur.
Siz bu çətin günlərdə əhalinin imkansız təbəqəsini də unutmamısınız. Müavinətlərin, maddi yardımların verilməsi məhz Sizin təşəbbüsünüz və iradəniz sayəsində həyata keçirilir.
Çox sağ olun ki, xalq üçün belə böyük işlər görürsünüz.
Hörmətlə,
Ramazanov Ağa
Həsənova Bahar
Məmmədli Elnur
Abdullayev Ayxan
İbrahimov Rövşən
Əhmədli Elnur
Azərbaycan Respublikası, Qax rayonu”.
“Hörmətli cənab Prezident.
Sizə ünvanladığım bu məktubda bildirmək istəyirəm ki, biz Sizin timsalınızda xalqını sevən və ona dəyər verən bir dövlət başçısı görürük. Pandemiya təhlükəsi üzündən karantin rejiminə əməl etdiyimiz, evdə qaldığımız bu günlərdə Sizin televiziya ekranlarından səslənən "Azərbaycan xalqının sağlamlığı hər şeydən önəmlidir" sözləriniz bir vətəndaş, bir ana, bir nənə, bir müəllim kimi qəlbimi fəxarət və qürur hissi ilə doldurur, gözlərimi yaşardır. Nə yaxşı ki, Azərbaycan xalqının Sizin kimi Vətənini sonsuz məhəbbətlə sevən, millətinə, xalqına böyük dəyər verən bir Prezidenti var. Biz Sizi sevirik və hər zaman Sizi dəstəkləyirik. İnanırıq ki, Azərbaycanın daha parlaq gələcəyi üçün əlindən gələni əsirgəməyən prezidentimiz Qarabağımızı bizə qaytaracaq. Biz Sizinlə birlikdə güclüyük.
Hörmətlə,
Bilalova Kəmalə.
Azərbaycan Respublikası, Bakı şəhəri”.
“Hörmətli cənab Prezident.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq Sizin respublikamızın inkişafı yolunda gördüyünüz işlər təqdirlə qarşılanır.
Son zamanlar bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının yayılması ilə əlaqədar Sizin çevik və operativ qərarlarınız insanlarımızı bu böyük bəladan çox az itki ilə qurtardı.
Bu işlərə görə Sizə Neftçala rayonunun sakinləri adından dərin hörmət və minnətdarlığımızı bildiririk. Hər zaman Sizin daxili və xarici siyasətinizi bəyənirik.
Allah Sizi qorusun. Uğurlarınız bol olsun.
Hörmətlə,
Hüseynov Vidadi
Əliyev Sehran
Nağıyev Arif
İsmayılov Dadaşbala.
Azərbaycan Respublikası, Neftçala rayonu”.
“Hörmətli cənab Prezident.
Dünyada geniş miqyas almış və hər gün minlərlə can alan koronovirus pandemiyasının ölkəmizə daha az ziyan vurmasının səbəbini hamımız Sizin vaxtında gördüyünüz tədbirlərdə və karantin rejiminə düzgün əməl olunmasına nəzarətdə görürük. Sizin yüksək təşkilatçılıq bacarığınız sayəsində biz, inşallah, bu sınaqdan minimum itkilərlə çıxacaq.
İşləməyənlərə, imkansız ailələrə edilən maddi köməklər də rayonumuzun sakinləri tərəfindən rəğbətlə qarşılanır.
Xalqımızın sağlamlığına göstərdiyiniz diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Miriyev Heydər
Qasımov Qardaşxan
Sadıqov Şəfa
Xəlilov Xəyal.
Azərbaycan Respublikası, Cəlilabad rayonu”.
“Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi, güclü dövlətlərin bu virus qarşısında aciz qaldığı vaxtda Sizin gördüyünüz qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz bu çətinliyi dəf etmək istiqamətində müsbət nəticələr əldə edir.
Bu çətin günlərdə Siz yenə də xalqın yanındasınız, bizim sağlamlığımızın və sosial rifahımızın təmin olunması üçün əlinizdən gələni əsirgəmirsiniz. Bizimlə bərabər, ailəmizin, övladlarımızın rifahını düşündüyünüzə, virusun vura biləcəyi zərərin minimuma endirilməsinə görə Şamaxı rayonunun sakinləri adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Sizin kimi rəhbəri olan dövlətin vətəndaşı olmağımızdan qürur duyuruq. Hər zaman dövlətimizin rifahı naminə verəcəyiniz qərarlarda Sizin yanınızdayıq.
Hörmətlə,
Ələsgərov Rasim
Gülcan Könül
Əhmədov Azər
Şaxməmmədov Şöhrət
Fərmanov Kənan.
Azərbaycan Respublikası, Şamaxı rayonu”.
“Hörmətli cənab Prezident.
Bu çətin günlərdə bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Mehriban xanım Əliyevaya şəxsən öz adımızdan və ailələrimizin adından Sizə təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar və möhkəm cansağlığı arzulayırıq.
Karantin rejimi ilə əlaqədar işə gedə bilməyən insanlara birdəfəlik ödəmənin, Heydər Əliyev Fondu tərəfindən kasıb ailələrə ərzaq yardımlarının verilməsi çox böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycan vətəndaşlarına olan qayğının və sevginin təzahürüdür.
Xalqımızın dar günündə hər zaman onun yanında oldunuz, ehtiyaclarının ödənilməsini təmin etdiniz. Ulu Tanrı Sizi heç vaxt darda qoymasın.
Dərin hörmətlə,
Manafov Əsgər Əmirxan oğlu
Qasımov Elşad Telman oğlu
Ağayev Yaşar Təvəkkül oğlu
Məmmədova Sahilə Cavan qızı və başqaları.
Azərbaycan Respublikası, İsmayıllı şəhəri”.
“Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə gündən-günə gözəlləşən, qüdrətlənən, güclənən Azərbaycanımızla qurur duyuram. Bu danılmaz bir reallıqdır ki, Azərbaycanımızın ümummilli liderimiz Heydər Əliyev ilə başlayan qurtuluşu çiçəklənmə və yüksəlişə doğru irəliləyir. Ölkəmiz Sizin rəhbərliyinizlə bu yüksəlişə davam edir və daha da güclənir, daha da qüdrətlənir, daha da çiçəklənir. Bütün xalqımız Sizin Azərbaycan üçün etdiklərinizi qürurla izləyir, böyük siyasətinizlə fəxr edir. Dünyamızda tüğyan edən bu virusla bağlı gördüyünüz işlər bir daha göstərdi ki, Siz xalqımız üçün necə böyük fədakarlıq göstərir, necə böyük işlər görürsünüz. Pandemiya dövründə Sizin rəhbərliyinizlə görülən işlər bir daha göstərdi ki, Azərbaycanın layiqli, böyük ürəyə malik, xalqını düşünən Lideri var. Mən Sizə böyük minnətdarlığımı bildirir, uzun və xoşbəxt ömür arzulayıram.
Hörmətlə,
Hacıyev Anar Əlisahib oğlu.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri”.
“Möhtərəm cənab Prezident.
Dünyanı çətin vəziyyətdə saxlayan COVID-19 virusu ilə mübarizədə Siz və Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva fərqlilik nümayiş etdirdiniz. Dünyanın digər ölkələri ilə müqayisədə yoluxma və tələfat sayının azlığı yeritdiyiniz uzaqgörən siyasət nəticəsindədir. Vətəndaşlarınıza olan sevgi və dəyər bütün bu kompleks tədbirlərdə öz əksini tapmışdır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi, dövlət və özəl müəssisələrin bu fonda vəsaitlər köçürməsi, aztəminatlı ailələrə və sahibkarlara dəstək, aylıq məvacibləri əvvəlki qaydada ödənilməsi, şagird və müəllimlər üçün tədrisin davam etdirilməsi məqsədilə virtual layihələrin təşkili və bu cür çevik, sistemli şəkildə həyata keçirilən tədbirlər sayəsində Azərbaycan Respublikası bir çox ölkələrə nümunə oldu və olmaqda davam edir. "Biz birlikdə güclüyük!" deyib həmişə xalqımızı ətrafınıza topladınız. Bütün bu iqtisadi, sosial və siyasi tədbirlər üçün Sizə və Mehriban xanım Əliyevaya bir təhsil işçisi olaraq dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Hörmətlə,
Babazadə Röyalə, Q.Mayılov adına Kürsəngi kənd tam orta məktəbinin ingilis dili müəllimi.
Azərbaycan Respublikası, Salyan rayonu”.
“Hörmətli cənab Prezident.
Bu məktubumla Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün dünyanın ən güclü dövlətlərinin belə COVID-19 pandemiyası qarşısında aciz qaldığı bir vaxtda Sizin qətiyyətli addımlarınız sayəsində ölkəmizdə bu infeksiyanın yayılması minimum səviyyəyə endirilmiş, pandemiyanın yayılmasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Əlbəttə ki, pandemiyadan zərərsiz ötüşmək mümkün deyil. Lakin mən inanıram ki, Sizin məqsədyönlü fəaliyyətiniz və apardığınız sosial-iqtisadi tədbirlərdən sonra Azərbaycan bu pandemiyadan ən az zərərlə çıxan ölkələr sırasında olacaqdır.
Möhtərəm cənab Prezident, bu gün xalqımızın sağlamlığını düşünərək qəbul etdiyiniz qərarları dəstəkləyir, Sizə dərin təşəkkürümü bildirir və məqsədyönlü fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram. İnanıram ki, sayənizdə bu çətin günləri geridə qoyacağıq. Biz birlikdə güclüyük.
Hörmətlə,
Əsgərli Nurlan Yalçın oğlu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı.
Azərbaycan Respublikası, Masallı rayonu, Ərkivan qəsəbəsi”.
“Əziz Prezidentimiz.
COVID-19 pandemiyasının yayıldığı bir dövrdə Azərbaycanda qayğıya ehtiyacı olan təbəqələrin sosial müdafiəsini təmin etdiyinizə, xalqın təhlükəsizliyi üçün həyata keçirdiyiniz tədbirlərə görə bir gənc olaraq Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, əhalinin işlə təmin edilməsi, insanların təhlükəsiz yaşayışı üçün göstərdiyiniz hərtərəfli diqqət və qayğı danılmazdır.
Cənab Prezident, Sizin pandemiya dövründə aztəminatlı ailələrə göstərdiyiniz qayğı xüsusilə təqdirəlayiqdir. Mən də aprel və may aylarında işsizliyə görə 190 manat məbləğində birdəfəlik ödəniş aldım. Çox sağ olun ki, bu qayğını bizdən əsirgəmədiniz. Öz adımdan və anamın adından Sizə təşəkkürümü bildirirəm. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Sizi sevirik və Sizə güvənirik. Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Qədimova Mətanət Zabil qızı
Azərbaycan Respublikası, Bakı şəhəri”.
“Hörmətli cənab Prezident.
Bizi qoruduğunuza, xalqımızın xoşbəxt sabahı naminə çəkdiyiniz zəhmətlərə görə, Sabirabad rayonunun sakinləri adından Sizə təşəkkür edirik.
Bu qayğılı günlərdə aztəminatlı ailələri unutmayaraq onlara yardım edilir. Hər birimiz Sizi yanımızda hiss edirik.
Sizə uzun ömür, cansağlığı və bərəkətli ömür arzu edirik. Gələcəyiniz nurlu, bütün işləriniz uğurlu olsun. Çox şükür ki, varsınız. Yaşasın Azərbaycan və onu sevənlər.
Hörmətlə,
Əskərova Fatma
Əkbərov Əliyoldaş
Nuriyeva Sevinc
Azərbaycan Respublikası, Sabirabad rayonu”.