Argentina klubu stadionuna Emiliano Salanın adını verəcək

Argentina klubu stadionuna Emiliano Salanın adını verəcək
# 30 oktyabr 2019 10:12 (UTC +04:00)

Argentinanın “San Martin de Proqreso” klubu stadionunun adını dəyişdirəcək.

APA-nın məlumatına görə, Santa-Fe şəhərini təmsil edən klub arenaya təyyarə qəzasında vəfat edən Emiliano Salanın adını verəcək.

Klub bu addımla öz yetirməsinin xatirəsini əbədiləşdirəcək. 2005-ci ilədək bu komandada çıxış etmiş E.Salanın vaxtilə oynadığı “Calle San Martin y 9 de Julio” stadionu onun adını daşıyacaq.

Qeyd edək ki, bu il yanvarın 21-də Fransanın Nant şəhərindən Uelsin paytaxtı Kardiffə yollanan futbolçunu aparan təyyarə Böyük Britaniyaya çatmayıb. Qəza nəticəsində E.Sala və pilot uzun müddət itkin düşüb və sonradan onların meyitləri tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR