Şağan qəsəbəsində 30 yaşlı kişi bıçaqlanıb

Şağan qəsəbəsində 30 yaşlı kişi bıçaqlanıb
# 01 iyun 2019 01:37 (UTC +04:00)

Şağan qəsəbəsində 30 yaşlı kişiyə naməlum şəraitdə bıçaqla xəsarət yetirilib.

ONA xəbər verir ki, hadisə Nüsrət Məmmədov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Nizam Mirilqar oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Ona sağ budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR