Meksikada barda atışma nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb

Meksikada barda atışma nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb
# 02 fevral 2020 07:26 (UTC +04:00)

Meksikanın Morelos ştatının Kuernavaka şəhərindəki “Antalya” adlı bara naməlum şəxslər tərəfindən silahlı hücum olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə regional prokurorluq məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər ölüb, on nəfər yaralanıb.

Hücumun hansı səbəbdən baş verdiyi barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, 2019-cu ildə Meksikada ən azı 35,5 min qəsdən adamöldürmə hadisəsi qeydə alınıb. Milli İctimai Təhlükəsizlik Sistemi bu statistikanı federal səviyyədə rekord hədd kimi dəyərləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR