İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılıb

İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılıb
# 24 iyul 2019 19:36 (UTC +04:00)

İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılıb.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanuna dəyişiklik barədə qanunu təsdiqləyib.

Fondun 2019-cu il büdcəsinin gəlirləri 83 451 400 manatdan, xərcləri isə 83 451 400 manatdan 98 451 400 manata qalıdırılıb.

2019-cu ildə özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsinə 56 milyon 41 min 400 manat xərclənəcək. Bir milyon manat vəsait isə peşə hazırlığı və əlavə təhsilin təşkilinə xərclənəcək. Bununla da bu il ümumilikdə peşə hazırlığı və əlavə təhsilin təşkilinə 2 milyon 800 min manat vəsait sərf olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR