Azərbaycan Beynəlxalq Bankında kartların PİN kodunu onlayn təyin etmək imkanı yaradılıb

Azərbaycan Beynəlxalq Bankında kartların PİN kodunu onlayn təyin etmək imkanı yaradılıb
# 07 may 2019 15:03 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı müştərilərə plastik kartlarının PİN kodunu ATM-lər və ilk dəfə olaraq onlayn qaydada təyin etmək imkanı yaradıb.

Bankdan ONA-ya verilən məlumata görə, əyər əvvəllər müştərilər kart sifariş etdikdə PİN kod onlara ya xüsusi zərflərdə təqdim olunurdu, ya da PİN kodu bankın filial və şöbələrində POS terminal vasitəsilə müştərilər özləri müəyyənləşdirirdilərsə, hazırda onlar kartlarını əldə edərkən PİN kodu banka məxsus ATM-lər və ya bankın saytında “e-PİN” bölməsinə daxil olmaqla təyin edə bilərlər.

Bu zaman əməliyyatların tam təhlükəsizliyi təmin olunur. Sözügedən xidmətdən istifadə müştərilərin vaxtına qənaət etməklə bərabər, PİN kodun sonradan unudulması hallarını da aradan qaldırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR