BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib
# 15 may 2019 18:16 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən ONA-ya verilən məlumata görə, AMB-nin 50100376S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99,4773 AZN (6,76%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə, ümumi məbləği 720 098 400 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4773 AZN (6,76%), orta ölçülmüş qiyməti 99,4773 AZN (6,76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 12.06.2019.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR