Bank Of Baku

Bu il narkotiklərlə bağlı Dövlət Komissiyasına daxil olan müraciətlərin sayı açıqlanıb

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası

© APA | Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası

# 09 avqust 2021 17:09 (UTC +04:00)

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda fəaliyyət göstərən “802” qaynar xətt əlaqə mərkəzinə bu ilin 6 ayı ərzində 52 müraciət daxil olub.

APA-nın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun bu ilin 6 ayına həsr olunan hesabatında bildirilib. Qeyd edilib ki, onlardan 13-ü narkotik vasitələrin qanunsuz satışı (9 müraciət əsasında cinayət işi başlanılıb, 3 məlumat öz təsdiqini tapmayıb, 1 fakt üzrə əməliyyat tədirləri davam etdirilir), 21-i narkomaniyadan müalicə (16 nəfər müalicəyə qəbul olunub), 18-i isə digər məsələlərlə bağlı olub. Qeyd olunan müraciətlər müvafiq tədbirlər görülməsi üçün aidiyyəti orqanlara göndərilib. 

Eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının www.nmdk.gov.az internet saytının “Onlayn müraciət” bölməsinə 30 müraciət daxil olub, onlardan 7-si narkotik vasitələrin qanunsuz satışı (5 müraciət əsasında cinayət işləri başlanılıb, 1 məlumat öz təsdiqini tapmayıb, 1 fakt üzrə əməliyyat tədirləri davam etdirilir ), 9-u narkomaniyadan müalicə (4 nəfər müalicəyə qəbul olunub), 14-ü isə digər məsələlərlə bağlı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR