Bakıda qəza törədərək hadisə yerindən qaçan şəxs tutulub

Bakıda qəza törədərək hadisə yerindən qaçan şəxs tutulub
# 27 iyul 2019 08:49 (UTC +04:00)


Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə axtarışda olan 1982-ci il təvəllüdlü Həsənzadə Firdovsi Yavuz oğlu tutulub.

APA xəbər verir ki, o, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR