DİM TOEFL və “PTE Academic” ingilis dili imtahanları keçirəcək

DİM TOEFL və “PTE Academic” ingilis dili imtahanları keçirəcək
# 05 iyul 2019 10:40 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzində növbəti TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçiriləcək.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar iyulun 6-da Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

TOEFL IBT imtahanı saat 09:30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

“PTE Academic” ingilis dili imtahanı isə saat 10:00-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 09:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR