Ukraynada Milli Qvardiyanın hərbçiləri kütləvi şəkildə zəhərlənib

Ukraynada Milli Qvardiyanın hərbçiləri kütləvi şəkildə zəhərlənib
# 02 may 2019 21:39 (UTC +04:00)

Ukraynanın Lvov şəhərində Milli Qvardiyanın 57 üzvü zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əsgərlər Pasxa bayramından sonra zəhərlənib. Onlar hərbi hissənin yeməkxanasında verilən yeməklərlə yanaşı, evdən gətirdikləri xörəklərlə də qidalanıblar və bundan sonra zəhərlənmə halı müşahidə edilib.

Zəhərlənmə faktı ilə bağlı hələlik konkret bir səbəb göstərilmir. Bildirilir ki, hərbçilərin vəziyyəti hazırda stabildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR