Bakıda uşaq bağçasından və çay evlərindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 5-də rayon ərazisindəki uşaq bağçalarının birindən kompüter və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş H.Seyidov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun 1 tədris mərkəzindən 1500 manat dəyərində televizor, 2 kafedən 3080 manat dəyərində 3 ədəd oyun aparatı və müşahidə kamerası, 2 çay evindən isə 400 manat dəyərində televizor və monitor oğurlaması da müəyyən edilib.