Daha 9 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Daha  9 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb
# 25 fevral 2020 17:16 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Əflan İbrahimovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

İ. Şahbazov bildirib ki, araşdırma nəticəsində 9 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq 22, 27, 30, 33, 40, 41, 42, 43 və 46 saylı mənətqələrdə səsvermənin nəticələri ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR