MSK saat 12:00-a olan seçici fəallığını açıqlayıb

MSK saat 12:00-a olan seçici fəallığını açıqlayıb
# 09 fevral 2020 12:32 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a qədər respublika üzrə 1 457 776 nəfər səs verib, seçici fəallığı 27.35 faiz olub.

Bu saata seçkidə ən yüksək seçici fəallığı 1 saylı Şərur-Sədərək (47.7%), ən aşağı isə 29 saylı Səbail Seçki Dairəsində (10.2%) qeydə alınıb.

Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR