“Windows 10” sistemində növbəti yeniləmələr ediləcək

“Windows 10” sistemində növbəti yeniləmələr ediləcək
# 02 may 2019 08:36 (UTC +04:00)

“Windows” əməliyyat sistemində növbəti çatışmazlıqlar aşkarlanıb.

ONA xarici KİV-ə istinadla xəbər verir ki, günün tələblərinə uyğun olaraq “Microsoft” sisteminin normal çalışması üçün minimal yaddaş tutumu 32 giqabayt tələb olunur.

Növbəti buraxılacaq versiyalarda yaddaş tutumunun tələb olunan səviyyəyədək artırılacağı bildirilir.

Yeni tələblər əməliyyat sisteminin həm 32, həm də 64 giqabaytlıq versiyalarına aiddir.

Qeyd edək ki, əvvəlki versiyalarda bu güc maksimum 20 giqabayt civarında olub.

Yeni versiyalar üçün xarakterik cəhətlərdən biri də 7 giqabaytlıq disk yeri saxlayan “reserved storage”lərin mövcudliği olacaq.

Qeyd edək ki, mütəxəssislər bu proqram təminatının ucuz planşet və noutbukların da yaddaş tutumunu artırmağa imkan verəcəyini düşünürlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR