Şəmkirdə arvadını öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Şəmkirdə arvadını öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
# 20 aprel 2020 17:57 (UTC +04:00)

Şəmkir Rayon Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Mübariz Məmmədovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

Şəmkir rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, məhkəmə istintaq orqanının təqdimatını təmin edib.

Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aprelin 19-da 1991-ci il təvəllüdlü Mübariz Məmmədov Şəmkir rayon Polis Şöbəsinə gələrək həyat yoldaşı Nailə Məmmədovanı öldürməsi ilə bağlı məlumat verib və könüllü təslim olub.

Araşdırmalarla M.Məmmədovun həmin gün saat 09 radələrində qısqanclıq zəminində arvadı, 1993-cü il təvəllüdlü Nailə Məmmədovaya bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Məmmədov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR