Lənkəranın mərkəzi bazarında qadının telefonunu oğurlayaraq qaçan şəxs saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Səpnəkəran kənd sakini olan Gülnar Hüseynzadə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edərək bazarda olduğu zaman tanımadığı bir şəxsin onun cibindən 700 manat dəyərində “Samsung” markalı mobil telefonu götürərək qaçdığını bildirib.
Həmin şəxsi polis əməkdaşları saxlamağa müvəffəq olub. Araşdırmalarla onun Masallı rayonunun Viləş kənd sakini, əvvəllər məhkumluq həyatı yaşamış Namiq Musayev olduğu müəyyən edilib. Məlum olub ki, həmin şəxs Gülnar Hüseynzadənin telefonunu oğurladıqdan bir qədər sonra qadın bundan xəbər tutub və qışqırıb. Bunu görən Namiq Musayev telefonu yerə ataraq qaçıb və sonradan polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.