Lənkəranda yaşayış binasında yanğın olub, 20 nəfər təxliyə edilib

Lənkəranda yaşayış binasında yanğın olub, 20 nəfər təxliyə edilib
# 17 mart 2020 10:56 (UTC +04:00)

Lənkəranda yaşayış binasında yanğın olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Zərifə Əliyeva küçəsi bina 19, mənzil 50-də baş verib. Nailə Kamil qızı Babayevaya məxsus ümumi sahəsi 60 kv/m mənzilin 5 kv/m sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları və Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın lokallaşdırılıb, digər mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı 20 nəfərə bina sakini təxliyə edilib.

Yanğın məişət texnikasındakı nasazlıqdan baş verdiyi ehtimal bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR