“2019-2023-cü illərdə Dövlət Proqramı” əsasında xaricdə doktoranturaya qəbul olunan şəxslərin pandemiya ilə əlaqədar təhsillərini necə davam etdirəcəkləri məsələsinə aydınlıq gətirilib.
APA-nın məlumatına görə, “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı keçirilən onlayn mətbuat konfransında Təhsil Nazirliyinin “2019-2023-cü illərdə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdət Həsənov bildirib ki, bəzi universitetlərdə artıq təhsil davam edir:
“Doktoranturada gündəlik dərslər deyil, tədqiqatdır. Dövlət proqramına qəbul olan bəzi gənclər artıq çarter reysləri ilə qəbul olduqları ölkələrə gedə bilərlər. Digər tələbələr isə pandemiya ilə bağlı hazırda təhsil davam etməyən universitetlərə onlayn formada qoşulub daha sonra gedə biləcəklər”.