Şəkidə yeniyetmə qız kamfora yağı içərək zəhərlənib

Şəkidə yeniyetmə qız kamfora yağı içərək zəhərlənib
# 13 may 2019 07:49 (UTC +04:00)

Şəkidə 16 yaşlı qız dərmandan zəhərlənib.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, mayın 12-də axşam saat 10 radələrində rayonun Aydınbulaq kənd sakini, 2003-cü il təvəllüdlü Aytən Əfqan qızı Əliyeva zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı A.Əliyevanın kamfora yağı içərək zəhərləndiyi məlum olub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən A.Əliyevanın vəziyyəti lazımi tibbi yardım göstərildikdən sonra stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR